"Park Azure" Mənzil-Tikinti Kooperativi (MTK) ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Park Azure" 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır.