Bu ilin oktyabrın 14-15 tarixlərində Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində Çoxtərəfli Forum keçiriləcək.
"Report" xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.
O vurğulayıb ki, forumda 600-dən çox şirkət nümayəndələrinin iştirakını gözləyirik:"Türkiyədən 120, Azərbaycandan 200, Özbəkistandan isə 25 nəfər iştirakını təsdiqləyib".