Naxçıvanın Cənub-Şərqi Anadoludan mal idxalının dəyəri 42 % azalıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 4,897 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 42 % azdır.

Hesabat dövründə bölgədən ümumilikdə 956,458 milyon ABŞ dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 3 % çoxdur.

Yanvarda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (403,894 milyon ABŞ dolları; 9 % çox) həyata keçirilib. Onu Avropa İttifaqı ölkələri (150,414 milyon ABŞ dolları; 5 % çox) və Amerika qitəsi ölkələri (124,452 milyon ABŞ dolları; 22 % çox) izləyib.

Digər xəbərlər