"Getdikcə daha çox Çin şirkəti Azərbaycan ilə əməkdaşlıq imkanlarını fəal şəkildə öyrənir".
Bunu "Report"a Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Bakıda keçirilən Çin məhsulları yarmarkasının açılışında deyib.
"Bu, pandemiyadan sonra təşkil edilən ilk sərgidir. Çin şirkətləri qayıdır və onlar Azərbaycan ilə əməkdaşlıq etmək arzusundadır", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı fəal şəkildə inkişaf edir: "Çin Azərbaycanın ticarət tərəfdaşları arasında beşinci yeri tutur və ölkəmizlə ticarət dövriyyəsini artırmaq niyyətindədir".