AZPROMO və KOIMA rəhbərləri arasında görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Ben-Kvan (Kim Byung-Kwan) ilə onlayn görüş keçirib.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, AZPROMO-nun rəhbəri ölkəmizin ixrac imkanlarının artırılması, "Made in Azerbaijan" brendinin təşviqi, biznes mühitinin davamlı yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan-Koreya iqtisadi əlaqələri barədə danışıb. Görüşdə həmçinin, AZPROMO-nun Koreyanın biznes və ticarət təşkilatları ilə əməkdaşlığı, qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Tərəflər Koreya idxalçılarının Azərbaycana ticarət missiyasının təşkili, Azərbaycan ixracatçıları və Koreya idxalçıları arasında işgüzar görüşlərin keçirilməsi, Koreya iş adamlarının Azərbaycana səfəri, bu ilin 23-25 iyun tarixlərində Seulda təşkil olunacaq İdxal Malları Yarmarkasında (Import Goods Fair – IGF) AZPROMO-nun nümayəndə heyətinin iştirakı məsələlərini müzakirə edib.

Digər xəbərlər