KOBİA arıçıların subsidiya ilə bağlı çətinliyini həll edib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2 sahibkarın müraciətini müsbət həll edib. 

Bu barədə "Report"a Agentlikdən bildirilib. 

Məlumata görə, Sumqayıt şəhərində öz həyətyanı sahələrində arıçılıq təsərrüfatı ilə məşğul olan sahibkarlar - Vüqar Hüseynov və Kalam Bayramov arıçılıq fəaliyyətinin identikləşdirilməsi üçün hər arı ailəsinə görə nəzərdə tutulan subsidiyanın ödənilməsinə dair KOBİA-ya müraciət edib. Agentliyin Sumqayıt şəhəri üzrə “KOB Dostu”nun və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində sahibkarların müraciəti müsbət həlli olunub və onlara subsidiya ödənilib.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51