Bu ilin yanvar-avqust aylarında Türkiyənin İstanbul şəhərindən Azərbaycana 758 milyon 591 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 1,2 % çoxdur.
Həmçinin avqust ayında İstanbuldan Azərbaycana 92 milyon 443 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,7 % azdır.