Bu ilin mart-dekabr aylarında İranla Azərbaycan arasında dəmir yolu ilə yükdaşımaları (ixrac, idxal və tranzit üzrə) 33 % artıb.
“Report” xəbər verir ki, bu barədə İranın Şimal Dəmiryolu İdarəsi məlumat yayıb.
Bildirilib ki, qarşılıqlı daşımalar Astara yük terminalı vasitəsilə həyata keçirilib. Cari ilin 9 ayında (21 mart-21 dekabr) dəmir yolu ilə ümumilikdə 498 min 926 ton yük daşınıb.
Qeyd edilən dövrdə Astara yük terminalı vasitəsilə Azərbaycan İrandan 136 min 324 ton yük idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 % artım deməkdir. Eyni zamanda Azərbaycandan İrana 152 min 268 ton yük ixrac olunub ki, bu, ötən ilin analoji dövrünə nisbətən 63 % çoxdur.