Bakı. 30 sentyabr. REPORT.AZ/ Orta Asiya və Qafqaz regionunu əhatə edən ilk və yeganə “Influencer” platforması - “Keepface” öz fəaliyyətini genişləndirməyi planlaşdırır. Şirkət yaxın gələcəkdə daha 4 ölkədə - Özbəkistan, Qırğızıstan, Monqolustan və Əfqanıstanda fəaliyyət göstərmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu şirkətin Bakıda keçirilən "Influencer day" tədbirində bu platformanın həmtəsisçisi Vaqif Abbasov bildirib.
Onun sözlərinə görə, DMCC-də (Dubai MultiCommodities Center) qeydiyyatdan keçən şirkət həmçinin Şimali Afrikanı da gələcək fəaliyyəti üçün nəzərdən keçirir.
Qeyd edək ki, "Keepface" hazırda öz işini Azərbaycan, Gürcüstan, Qazaxıstan və Tacikistanda icra edir.