Bakı. 14 may. REPORT.AZ/ Bu ilin I rübündə Ukraynanın ixrac etdiyi ət və ət məhsullarının 4,7%-i Azərbaycanın payına düşüb.
"Report"un Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu göstəriciyə görə Azərbaycan 7-ci yeri tutur.
Ukraynanın ət və ət məhsulların əsas alıcıları isə Niderland (20,4%), İraq (10,2%) və Slovakiya (10%) olub.
Məlumata əsasən, bu ilin yanvar-mart aylarında Ukrayna 75 min ton ət və ət məhsulları ixrac edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 min ton çoxdur.