İqtisadiyyat naziri Şahin Mustafayevin sabah Qubada keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumatda həmçinin deyilir ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.