Səhmlərinin 86 %-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə məxsus olan "Holcim-Azerbaijan" ASC işğaldan azad olunmuş ərazilərə investisiya yatırmaqda maraqlıdır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbərinin müşaviri Zöhrab Qədirov bildirib.
"Holcim"in logistik terminalın quraşdırılması istiqamətində işlər görməsi xüsusi qeyd olunmalıdır. Şirkət rəsmilərinin dediyinə görə, bu, onların yekun təşəbbüsləri deyil. Başqa işlər də görülə bilər. İsveçrə şirkətləri daha çox kimya sənayesi sahəsində fəaliyyət göstərir, lakin digər sektorlara da maraqları böyükdür", - deyə o qeyd edib.