Gürcüstandan Azərbaycana avtomobil tədarükü 80 %-ə yaxın azalıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycana 94,71 milyon ABŞ dolları dəyərində 5 min ədəd avtomobil ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 78 %, kəmiyyət olaraq – 77 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 740 milyon ABŞ dolları dəyərində 36 min 875 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 65 % və 66 % azdır. O cümlədən Gürcüstandan Qırğızıstana 330,54 milyon ABŞ dolları dəyərində 9 min 302 ədəd, Qazaxıstana 237,2 milyon ABŞ dolları dəyərində 18 min 140 ədəd, Ermənistana 42,31 milyon ABŞ dolları dəyərində 2 min 508 ədəd, Tacikistana 8,49 milyon ABŞ dolları dəyərində 595 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,13 milyard ABŞ dolları dəyərində 107 min 898 ədəd avtomobil ixrac edib ki, bunun da 437 milyon ABŞ dolları dəyərində 22 min 393 ədədi Azərbaycanın payına düşüb.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51