Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 2,9 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 22,8 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da bir il əvvəlki göstəricidən 21 % azdır. O cümlədən Gürcüstan Litvadan 7,9 milyon ABŞ dolları, Ermənistandan 3 milyon ABŞ dolları, Çexiyadan 2,8 milyon ABŞ dolları, Türkiyədən isə 2,3 milyon ABŞ dolları dəyərindən siqaret idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 158 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 11,6 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.