Gürcüstan Azərbaycandan şəkər tədarükünü 126 dəfə artırıb

2022-ci ilin ilk 4 ayında Azərbaycandan xaricə 8,997 milyon ABŞ dolları dəyərində 14 min ton şəkər göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32,7 %, kəmiyyət olaraq – 46,1 % azdır.

Türkmənistana 5,601 milyon ABŞ dolları dəyərində 8 min 775 ton, Gürcüstana 3,071 milyon ABŞ dolları dəyərində 4 min 922 ton, Rusiyaya 320,67 min ABŞ dolları dəyərində 300,41 ton, İsrailə 1,7 min ABŞ dolları dəyərində 1,34 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,12 min ABŞ dolları dəyərində 0,14 ton məhsul satılıb.

Ötən ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə Türkmənistana ixrac müvafiq olaraq 50 % və 59,6 % azalıb, Gürcüstana – 97 dəfə və 126,1 dəfə artıb, Rusiyaya – 22,9 % artıb və 4,5 % azalıb, İsrailə - 12,6 % artıb və 10,7 % azalıb, BƏƏ-yə - 72,1 % və 70,8 % azalıb.

Hesabat dövründə Azərbaycan xaricdən 186 min ABŞ dolları dəyərində 233 ton şəkər alıb ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 92,7 % və 95,2 % azdır.

Ukraynadan 123,77 min ABŞ dolları dəyərində 203,76 ton, Finlandiyadan 23,11 min ABŞ dolları dəyərində 12,75 ton, Rusiyadan 16,77 min ABŞ dolları dəyərində 8,1 ton, Lüksemburqdan 7,68 min ABŞ dolları dəyərində 0,8 ton, Almaniyadan 3,6 min ABŞ dolları dəyərində 2,03 ton şəkər tədarük edilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Ukraynadan idxal müvafiq olaraq 79,1 % və 81,3 % azalıb, Rusiyadan – 96,5 % və 99,2 % azalıb, Lüksemburqdan – 3,5 dəfə və 81,8 % artıb, Almaniyadan – 30,1 % və 23,4 % azalıb. Bir il əvvəl Finlandiyadan şəkər alınmayıb.

Digər xəbərlər