Gürcüstan Azərbaycandan kombayn tədarükünü bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 3,06 milyon ABŞ dolları dəyərində 26 ədəd taxılyığan kombayn gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 4,3 dəfə, kəmiyyət olaraq – 4,3 dəfə artıb. Hesabat dövründə Azərbaycan bu texnikanı ancaq Polşadan alıb.

Qeyd edək ki, ötən il idxal etdiyimiz 17 ədəd kombaynın 6-sı Polşadan, 5-i Almaniyadan, 4-ü Rusiyadan, qalanları İtaliya və Çindən alınıb.

2022-ci ilin ilk üç ayında Azərbaycan yalnız Gürcüstana taxılyığan kombayn ixrac edib. Həmin ölkəyə 1 il 8 aylıq fasilənin ardından 99,5 min ABŞ dolları dəyərində 1 ədəd kombayn tədarük edilib.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51