Bakı. 7 iyul. REPORT.AZ/ Dəniz konteyner daşımalarının həcminə görə dünyanın üçüncü şirkəti olan Fransanın “CMA CGM Group” şirkəti ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi barədə qərarı ilə bağlı bu ölkədə fəaliyətini dayandırır.
“Report” xəbər verir ki, bu barədə şirkətin rəhbəri Rodolf Saada “Frans-Press” agentliyinə bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu ilin may ayında ölkəsinin İranla nüvə razılaşması üzrə müqavilədən çıxdığını elan edib.