"Dost İş Mərkəzi" dövlət qeydiyyatına alınıb

Bakı. 19 fevral. REPORT.AZ/ Vergilər Nazirliyi “Dost İş Mərkəzi” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Niyazi Süleyman oğlu Rəhimovdur. 

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51