Dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq, “UGE Middle East Development Azerbaijan” MMC ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərə qoşulub.
"Report"un məlumatına görə, şirkət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 000 000 manat vəsait ianə edib.