Azərbaycanda Formula 1 və Formula 2 yarışları ilə əlaqədar vergi güzəştlərinin müddəti 3 il uzadılır.
"Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Qanun layihəsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı üzrə ƏDV-dən azadolmanın müddəti də 3 il uzadılacaq.
Bundan əlavə, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri tərəfindən həyata keçirilən dəmir yolu-avtomobil kombinə edilmiş tranzit daşımaları üzrə yol vergisindən azadolmaların 2 il müddətinə uzadılması təklif edilir.