Azərbaycanda maliyyə sanksiyaları və penya üzrə güzəştlər tətbiq edilə bilər

Azərbaycanda müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penya üzrə güzəştlərin tətbiqi imkanları nəzərdən keçirilir.

"Report" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, vergi borclarının idarə olunması sahəsində əsas istiqamətlərdən biri borc tənzimlənməsi mexanizminin sadələşdirilməsi, ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının təkmilləşdirilməsi, ödəmə qabiliyyətində çətinlik yaşayan, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlərin müəyyən olunması, habelə müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penya üzrə güzəştlərin tətbiqi imkanları nəzərdən keçirilir.

Digər xəbərlər