“Böyükşor Avtonəqliyyat” səhmdarlarına divident ödəyəcək

Bakı. 26 yanvar. REPORT.AZ/ Martın 16-da, saat 15:00-da “Böyükşor Avtonəqliyyat” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Böyükşor şosesi, 2062-ci məhəllə ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə müəssisənin 2016-cı il üçün fəaliyyətinin yekunları, mənfəətin bölüşdürülməsi və dividentin hesablanması məsələləri daxildir. 

Xatırladaq ki, “Böyükşor Avtonəqliyyat” ASC 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 154 686 manatdır. 

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51