Belçika Federal Assambleyasının Nümayəndələr Palatasının üzvü Ələt Azad İqtisadi Zonasını ziyarət edib

Belçika Federal Assambleyasının Nümayəndələr Palatasının üzvü cənab Mixael Frelix Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 4-də Ələt Azad İqtisadi Zonasını (ƏAİZ) ziyarət edib.

Zonanın Səlahiyyətli Qurumunun rəhbər heyəti ilə keçirilən görüş zamanı M. Frelixə ƏAİZ-in strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə ƏAİZ-də investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri və fiskal və qeyri-fiskal imtiyazlar paketi haqqında geniş məlumat verilib.

Sonda, M.Frelix ƏAİZ-də investorlar üçün yaradılmış biznes mühitlə yaxından tanış olub.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34