"Baku Steel Company" Vakuum qazsızlaşdırma qurğusunu istifadəyə verib

Qafqaz regionunun ən iri metallurgiya müəssisəsi olan “Baku Steel Company” QSC (bundan sonra - BSC) istehsal etdiyi polad məhsullarının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün poladın tərkibindəki qazları ayıran Vakuum Qazsızlaşdırma Qurğusunu (VQQ) istifadəyə verib.

VQQ-da maye poladın emal prosesindən sonra hidrogen, oksigen, azotun çıxarılması nəticəsində qeyri-metal birləşmələrin miqdarı azalmaqla yüksək keyfiyyətə nail olunur. Qurğu, ilk növbədə, yüksək keyfiyyət tələblərini qarşılayan əla növ polad markalarının istehsalı üçün nəzərdə tutulub. VQQ vasitəsilə hazırlanan poladdan neft və qaz sənayesində geniş istifadə edilən yüksək təzyiqə davamlı boruların istehsalı üçün xüsusi keyfiyyətə malik boru pəstahlarının tökülməsi icra olunur.

BSC-də poladın vakuumla emalının texnoloji prosesi tam avtomatlaşdırılıb və dünya standartlarının bütün texniki və təhlükəsizlik tələblərinə cavab verir. Əldə olunan daha yüksək keyfiyyətli poladdan maşınqayırma, hərbi-müdafiə, aviasiya və s. sənaye sahələrində istifadə olunan məhsullar istehsal etmək mümkün olur.

VQQ-nin üstünlüklərinə aşağıdakılar daxildir:

BSC-nin istehsal etdiyi məhsulların keyfiyyəti artdıqca, onların dünya standartlarına uyğunluğu yeni ixrac bazarlarının qapısını açır. Artıq şirkətin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, dünyanın dörd bir yanında, ümumilikdə, 20-dən çox ölkəyə ixrac olunur. Azərbaycanın strateji coğrafi mövqeyi və regional nəqliyyat-kommunikasiya qovşağı rolunu oynaması BSC üçün əlavə ixrac imkanları yaradır və şirkət öz keyfiyyətli məhsulları ilə bu potensialı dəyərləndirmək əzmindədir.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34