Bakı. 29 mart. REPORT.AZ/ Mayın 16-da, saat 11:00-da “Bakışəhərtikintimexanikləşdirmə” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə ünvanında (“Elit” ticarət mərkəzinin yaxınlığında) baş tutacaq.
Yığıncağın gündəliyinə şirkətin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının dinlənilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Bakışəhərtikintimexanikləşdirmə” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 41 388 manatdır.