Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Bakıda 4-cü Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi (“REC Expo”) işə başlayıb.
“Report” xəbər verir ki, sərgi noyabrın 24-nə qədər davam edəcək.
Tədbirdə 9 ölkədən - Azərbaycan, Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Monteneqro, İspaniya, Portuqaliya, Böyük Britaniya və ABŞ-dan 100-dən çox layihənin təqdimatı keçirilir.