Bakı və Gəncə valideynlərinə və abituriyentlərinə şad xəbər

Təhsil sistemində keyfiyyət və effektivliyə daim önəm verən Kaspi Təhsil Şirkəti illərin pedaqoji təcrübəsinə və elmi araşdırmalara əsaslanaraq, Kaspi Liseylərinin nəzdində Kaspi Abituriyent Məktəblərini yaratdı. Bu yeni və innovativ layihə universitetə qəbul imtahanlarına hazırlıqda ən müasir yanaşmaları və öyrənmə modellərini özündə birləşdirən unikal bir sistemdir.

Kaspi Abituriyent Məktəbi IX, X və XI sinif şagirdləri üçün hazırlanmış xüsusi tədris proqramı ilə abituriyent hazırlığına tamamilə fərqli və yenilikçi bir yanaşma gətirir.

Kaspi Abituriyent Məktəbi nədir?

Kaspi Abituriyent Məktəbi IX, X və XI sinif şagirdləri üçün ixtisas qruplarına əsaslanan təmayüllü bir məktəbdir. Burada şagirdlər universitetlərə qəbul imtahanlarına – Buraxılış və Blok imtahanlarına effektiv hazırlıq keçirlər. Bu sistemin ən mühüm üstünlüyü kompleks hazırlıq metodikasının tətbiq olunmasıdır – yəni şagirdlər dərs və əlavə hazırlıq kursları arasında vaxt itirmədən, vahid bir sistemdə maksimum effektivliklə hazırlaşırlar.

Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev yeni model haqqında məlumat verir: “Günümüzdə universitetə qəbul imtahanlarına hazırlaşan şagirdlər və onların valideynləri üçün düzgün təhsil modelinin seçilməsi mühüm bir məsələdir. Hər bir valideyn övladının təhlükəsiz, keyfiyyətli və məqsədyönlü bir mühitdə təhsil almasını, onun akademik inkişafına və imtahanlarda uğur qazanmasına dəstək olan sistemli bir hazırlıq proqramında iştirak etməsini arzulayır. Bu ehtiyacı qarşılamaq və universitetə qəbul hazırlığını sistemli, ardıcıl və effektiv şəkildə həyata keçirmək üçün Kaspi Liseyinin yeni layihəsi olaraq, sizlərə Kaspi Abituriyent Məktəbini təqdim edirik. Bu, ənənəvi məktəb və hazırlıq kurslarının ən yaxşı xüsusiyyətlərini birləşdirən unikal bir tədris modelidir”.

Niyə Kaspi Abituriyent Məktəbini seçməlisiniz?

Kaspi Abituriyent Məktəbi yalnız hazırlıq kursu deyil, eyni zamanda şagirdlərə tam orta təhsil verməklə onların tədrisə yanaşmasını kökündən dəyişən bir sistemdir.

Akademik hazırlıq modelimiz nə ilə fərqlənir?

Kaspi Abituriyent Məktəbinə asan və rahat qeydiyyat imkanları mövcuddur. Aşağıdakı Məktəblərimizə müraciət edə bilərsiniz və eləcə də onlayn qeydiyyat mümkündür:

Ünvan: Seyid Mirhəsən Ağa 1. (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı)

Əlaqə nömrəsi: (012) 370 74 05; (070) 370 74 05

Ünvan: Azərbaycan bayrağı küçəsi, 124 (Gəncə Dövlət Universitetinin 2-ci Korpusunun yanı)

Əlaqə nömrəsi: (070) 276 01 81

https://kaspiapp.az/student-register

Kaspi Abituriyent Məktəbinə qəbul imtahanı 18 may 2025-ci il tarixində keçiriləcəkdir. Qəbul imtahanına qatılmaq üçün Biletləri yuxarıda qeyd etdiyimiz ünvanlardan əldə etmək olar. Eləcə də biletləri daha sürətli və rahat əldə etmək üçün aşağıdakı linkə daxil olaraq, qeydiyyat formasını doldurun:

https://kaspisinaq.com/

Kaspi Abituriyent Məktəbi – universitetə hazırlığın yeni modelidir!

Digər xəbərlər