Bakı şəhəri 515 bal toplayaraq Qlobal Maliyyə Mərkəzləri İndeksində (Global Financial Centres Index – GFCI) 107-ci yeri tutub.
“Report” bu barədə müvafiq hesabata istinadən xəbər verir.
Sənədə əsasən, ilk yer ötən il olduğu kimi bu il də ABŞ-ın Nyu-York şəhərinə məxsusdur. Növbəti yerlərdə isə Böyük Britaniyanın paytaxtı London və Çinin Şanxay şəhəri qərarlaşıb.