“Bakı Avtonəqliyyat-2” ötənilki fəaliyyətinin nəticələrini açıqlayacaq

Bakı. 24 may. REPORT.AZ/ “Bakı Avtonəqliyyat-2” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

"Report" dövrü mətbuata istinadən məlumat verir ki, cəmiyyətin səhmdarları iyulun 13-də saat 15:00-da toplaşacaqlar.

Yığıncaqda 2016-cı il üçün cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat dinləniləcək.

Toplantı Bakı şəhəri, Babək prospekti, 2315-ci məhəllə ünvanında keçiriləcək. 

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34