AZPROMO: “Xarici investisiya cəlbi 2019-cu ilin göstəricilərinə yaxınlaşıb”

“Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə, təxminən, 45% artıb”.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda bildirib.

Bundan başqa, sözlərinə görə, ölkəyə xarici investisiyaların cəlb edilməsi sahəsində də vəziyyət yaxşılaşıb: “Xarici investisiya cəlbi 2019-cu ulin göstəricilərinə yaxınlaşıb. Bu baxımdan bu gün keçirilən forumun çox böyük əhəmiyyəti var”.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34