Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ("MÜSİAD Azərbaycan") nümayəndələri İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olublar.
Bu barədə "Report"a AZPROMO-dan bildirilib.
Görüşdə iki qurum arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi, əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.