AZPROMO-nun nümayəndə heyəti Misirə səfər edəcək

Bu il iyunun 24-26-da Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Misirin paytaxtı Qahirə şəhərinə işgüzar səfər edəcək.

Bu barədə “Report”a AZPROMO-dan məlumat verilib.

Bildirilib ki, səfər zamanı AZPROMO-nun nümayəndə heyəti Misirin biznes və investisiyalar üzrə aidiyyəti dövlət qurumları, eləcə də bu sahələrdə fəaliyyət göstərən şirkətlərdə görüşlər keçirəcək.

İşgüzar səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51