AZPROMO Polşa İnvestisiya və Ticarət Agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Polşanın İnvestisiya və Ticarət Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb.

“Report” xəbər verir ki, imzalanma mərasimi bu gün Bakıda keçirilən Polşa-Azərbaycan biznes forumu çərçivəsində baş tutub.

Sənədi AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Polşa İnvestisiya və Ticarət Agentliyinin İdarə Heyətinin üzvü Zdzislav Sokal imzalayıblar.

Digər xəbərlər