AZPROMO-da İƏT-in ticarətin inkişafı qurumunun nümayəndələri ilə görüş olub

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarətin İnkişafı üzrə İslam Mərkəzinin (Islamic Centre for Development of Trade – ICDT) nümayəndələri ilə görüş keçirilib.

Bu barədə "Report"a AZPROMO-dan bildirilib.

Görüşdə Azərbaycanda 2024-cü ildə İƏT ölkələrinin məhsullarının sərgisinin təşkil olunması, ICDT ilə əlaqələrin genişləndirilməsi, eləcə də inkişaf etməkdə olan Afrika ölkələrinin investisiyaların təşviqi üzrə agentliklərinin AZPROMO-nun təcrübəsini öyrənməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər