Bakı. 11 aprel. REPORT.AZ/ Mayın 26-da, saat 13:00-da “Azərtikintiservis” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 6 ünvanında olacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı ildəki fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatının dinlənilməsi və 2016-cı ilə olan müəssisə balansının təsdiq edilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Azərtikintiservis” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 263 014 manatdır.