“Azersun Holdinq” MMC-yə məxsus "Qafqaz Ticarət" MMC holdinqin digər şirkəti - "Sun Food" MMC-yə qoşularaq ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 2084-cü məhəllə ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Qafqaz Ticarət" 2005-ci ildə, "Sun Food" isə 2003-cü ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 1,25 milyon manat və 11 milyon manatdır.