Bakı. 23 yanvar. REPORT.AZ/ Bu il martın 27-də, saat 15:00-da “Gəncə Şərab-2” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report”un verdiyi xəbərə görə, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Gəncə şəhəri, Kənar küçəsi, 3 ünvanında olacaq.
Yığıncağın gündəliyinə zavodun 2017-ci ildəki fəaliyyəti haqqında hesabatın dinlənilməsi, illik maliyyə hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi, səhmdarlara ödəniləcək dividendin məbləğinin və müddətinin elan olunması məsələləri daxildir.