İyunun 22-də, saat 11:00-da “Şərq-Qərb" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Aşıq ələsgər küçəsi, 17 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Şərq-Qərb"in 2023-cü il üzrə idarəetmə və maliyyə hesabatlarının təsdiq edilməsi, Müşahidə Şurasının üzvlərinin və sədrinin, müfəttişinin növbəti müddətə təyin olunması, mənfəətinin bölüşdürülməsi, dividend ödənişi və digər cari məsələlər daxildir.
Xatırladaq ki, “Şərq-Qərb” 1986-cı ildən dövlət müəssisəsi kimi fəaliyyət göstərən 4 nömrəli Bakı Kitab Mətbəəsinin bazasında 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 589 880 manatdır.