Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 7 421 çeşiddə mal idxal edib.
“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.
11 ay ərzində Azərbaycandan 3 033 adda mal ixrac olunub. Bu da illik müqayisədə 1% çoxdur.