İyunun 25-də, saat 11:00-da “Gəncə Şərab-1” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 56 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2024-cü ilin yekunları üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə Təftiş Komissiyasının hesabatının, illik balansının müzakirə və təsdiq edilməsi, eləcə də digər məsələlər daxildir.
Xatırladaq ki, “Gəncə Şərab-1” 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 731 min manatdır. Şirkət ölkənin aparıcı şərab istehsalçısıdır.