Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur

"APC Nova Company" MMC fəaliyyətinə xitam verilərək "Azerbaijan Poultry Company" MMC-yə qoşulur.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar ikinci yenidən təşkil edilir.

"Azerbaijan Poultry Company" 2012-ci ildə ləğv edilmiş "Ucar Aqro" MMC-nin bazasında yaradılıb, "PAŞA Holdinq" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 74 455 200 manatdır. Şirkət "Mərcan" markalı toyuq ətinin istehsalı ilə məşğuldur.

Bundan əvvəl "Azerbaijan Organic Company" MMC fəaliyyətinə xitam verilərək "Azerbaijan Poultry Company"yə qoşulmuşdu.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34