Azərbaycanın 2 vətəndaşı İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət edib

Bakı. 30 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, iclasda 2 ölkə vətəndaşının Dövlət İmtahan Mərkəzinin elan etdiyi ümumi müsahibənin nəticələrindən Apellyasiya Şurasına ünvanladığı şikayətlərə baxılıb və müvafiq qərar qəbul edilib.

İclasda həmçinin, ölkə prezidentinin 5 aprel 2018-ci il tarixli dərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin yeni redaksiyasından irəli gələn vəzifələrin icrası müzakirə edilib.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34