Ötən il Azərbaycandan 2,4 milyon ABŞ dolları dəyərində 22 min 967 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 47 %, kəmiyyət olaraq – 25,3 % çoxdur.
Azərbaycan Rusiyaya 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 16 min 351 ton (+13 %), Gürcüstana 928 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 6 min 519 ton (+71 %), Ukraynaya 10,9 min ABŞ dolları dəyərində 74,7 ton, Latviyaya 1,4 min ABŞ dolları dəyərində (+24 dəfə) 20 ton (+66,7 dəfə), Kanadaya 0,3 min ABŞ dolları dəyərində (-76 %) 1,1 ton (-9 %) məhsul göndərib.
İki il 4 ayın tamamında Ukraynaya və 1 il 9 aylıq fasilənin ardından Estoniyaya (0,19 min ABŞ dolları dəyərində 1,5 ton) tədarük bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə (0,06 min ABŞ dolları dəyərində 0,06 ton) ixrac həyata keçirilib.
Hesabat dövründə Azərbaycan xaricdən 1,4 milyon ABŞ dolları dəyərində (-26 %) 11 min 869 ton (-22 %) duz alıb.
İrandan 653,3 min ABŞ dolları dəyərində (+55 %) 8 min 166 ton (+45 %), Rusiyadan 307 min ABŞ dolları dəyərində (-6 %) 2 min ton (-11 %), Ukraynadan 132,1 min ABŞ dolları dəyərində (-87 %) 993 ton (-86 %), Türkiyədən 115 min ABŞ dolları dəyərində (+0,2 %) 296 ton (-4 %), Qazaxıstandan 72,23 min ABŞ dolları dəyərində (+89 dəfə) 256 ton (+108 dəfə) məhsul gətirilib.