Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan xaricə 18,631 milyon ABŞ dolları dəyərində 12 min 641 ton mis filizi və konsentratı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 40,5 % çoxdur.
Özbəkistana 13,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,1 dəfə çoxdur) 9 min 952 ton (+3 dəfə), İsveçrəyə 3,61 milyon ABŞ dolları dəyərində (-62,7 %) 2 min 179 ton (-58,9 %), Türkiyəyə 1,121 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 506,48 ton (+99,2 %), İrlandiyaya 0,4 min ABŞ dolları dəyərində (+5 dəfə) 1,25 ton (+3,3 dəfə) və Böyük Britaniyaya 0,02 min ABŞ dolları dəyərində 0,75 ton məhsul satılıb.
Bir il 7 aylıq fasilənin ardından Böyük Britaniyaya tədarük bərpa edilib.
Hesabat dövründə Azərbaycana 0,33 min ABŞ dolları dəyərində (-60 %) 0,03 ton (-25 %) mis idxal edilib.
Gürcüstandan 0,27 min ABŞ dolları dəyərində (-42,6 %) 0,01 ton (-50 %) və Özbəkistandan 0,06 min ABŞ dolları dəyərində (-90,5 %) 0,02 ton (+2 dəfə) mis alınıb.