Azərbaycanda fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı 2022-ci ildə 23,4 % artaraq 9 001 vahid təşkil edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında deyilir.
Bildirilir ki, son 1 ildə fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 24 % artıb.
Bu il yanvarın 1-nə Azərbaycanda 1 milyon 400 min 824 vergi ödəyicisi olub. Hesabat dövründə kommersiya qurumlarının sayı 10,5 % artıb.