Vergilər Nazirliyi "HCL TECHNOLOGIES AZERBAIJAN" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, ev 12/14, m.30, nizamnamə kapitalı 300 000 ABŞ dolları, qanuni təmsilçisi isə Orxan Mövsüm oğlu Bəydiyevdir.