Azərbaycanda institut rəhbəri vəzifəsindən azad edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin direktoru Namiq Tağıyev vəzifəsindən azad olunub

“Report” xəbər verir ki, instituta rəhbərlik müvəqqəti olaraq institutun baş direktor müavini İlqar Həsənova tapşırılıb.

Qeyd edək ki, İlqar Həsənov bu təyinata qədər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində çalışıb.

Digər xəbərlər

Azərlotereyada yeni təyinat 07 yanvar, 2026 / 11:03
Azercelldən iPhone kampaniyası 06 yanvar, 2026 / 15:57