Azərbaycanda ən yaxşı qeyri-dövlət ixracatçıların siyahısına yenə fiziki şəxs başçılıq edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu ilin yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracını həyata keçirən qeyri-dövlət və dövlətə məxsus ixracatçı subyektlərin reytinqini açıqlayıb.

"Report" Mərkəzin təqdim etdiyi “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər verir ki, qeyri-dövlət ixracatçı subyektlərin reytinqinə yenə də fiziki şəxs Şirinov Elvin Valeh oğlu (85,4 milyon ABŞ dolları ilə) başçılıq edir.

Daha sonra bu siyahıya daxildir “MKT İstehsalat Kommersiya” MMC (66,2 milyon ABŞ dolları ilə), “Baku Steel Company” QSC (57,4 milyon ABŞ dolları ilə), “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (46,5 milyon ABŞ dolları ilə), “Best Logistik” MMC (34 milyon ABŞ dolları ilə), “STP Global Cable” MMC (30,2 milyon ABŞ dolları ilə), “P-Aqro” MMC (28,7 milyon ABŞ dolları ilə), “My Fruit” MMC (22,1 milyon ABŞ dolları ilə), “Mega Fruit Az” MMC (19,9 milyon ABŞ dolları ilə), “Mors Trading” MMC (19,8 milyon ABŞ dolları ilə).

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “AzərEnerji” ASC (329,7 milyon ABŞ dolları ilə) başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (271,8 milyon ABŞ dolları ilə), “SOCAR Polymer” MMC (231,6 milyon ABŞ dolları ilə), “Azəralüminium” MMC (98 milyon ABŞ dolları ilə), “AzerGold” QSC (72,1 milyon ABŞ dolları ilə), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (17,7 milyon ABŞ dolları ilə), “Azərbaycan Hava Yolları” QSC (16,8 milyon ABŞ dolları ilə), “Azəripək” MMC (1,3 milyon ABŞ dolları ilə), “Azərbaycan Dəmir Yolları” QSC (1,2 milyon ABŞ dolları ilə), Naxçıvan MR Dövlət Energetika Xidməti (0,7 milyon ABŞ dolları ilə).

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34