İqtisadiyyat Nazirliyinin Kollegiyası ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli “Dövlət standartlarının və təsnifatın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Yeni qərarla AZT 049-2015 dövlət standartı və bələdiyyələrin statistik ərazi təsnifatı ləğv edilib.
Nazirliyin Hüquq Şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.