Azərbaycana üç ölkədən ananas idxalı bərpa edilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində 1 min 335 ton ananas (təzə və ya qurudulmuş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 21 % çoxdur.

Hesabat dövründə Kosta-Rikadan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40,6 % çoxdur) 1 min 256 ton (+34,2 %), Tailanddan 143 min ABŞ dolları dəyərində (+6 %) 36 ton (-3 %), Filippindən 15 min ABŞ dolları dəyərində (-17 %) 17,7 ton (-18 %), Çindən 12 min ABŞ dolları dəyərində (-8 %) 4 ton (-33 %), İndoneziyadan 11 min ABŞ dolları dəyərində 13,1 ton məhsul alınıb.

Üç il 3 ayın tamanında Türkiyədən, 2 il 8 aylıq fasilənin ardından İndoneziyadan, 1 il 7 aydan sonra Cənubi Afrikadan tədarük bərpa edilib. Azərbaycana Cənubi Afrikadan 0,9 min ABŞ dolları dəyərində 0,2 ton, Türkiyədən 0,3 min ABŞ dolları dəyərində 0,2 ton ananas gətirilib.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51